AÇ-2016: Almaniya millisində ŞOK İTKİ
Bizi izləyin

İdman

AÇ-2016: Almaniya millisində ŞOK İTKİ

AÇ-2016-nın 1/4 final mərhələsində İtaliyanı mübarizədən kənarlaşdıran Almaniya millisi ağır itkiylə üzləşib.

Publika.az xəbər verir ki, İtaliyaya qarşı oyunun 72-ci dəqiqəsində zədələnərək əvəzlənən Mario Qomes turnirin qalan oyunlarında Bundestimə kömək edə bilməyəcək. Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. Alman həmkarlarımızın yazdığına görə, sağ ayaq əzələsində yırtıq aşkarlanan Qomes üçün AÇ-2016 bitib.

Forvardla yanaşı, Almaniya millisinin yarımmüdafiəçisi Sami Kxediranın da vəziyyətinin ciddi olduğu deyilir. İtaliyaya qarşı oyunun ilk dəqiqələrində zədələnərək əvəzlənən Kxediranın Fransaya qarşı yarımfinal oyununda forma geyinib-geyinməyəcəyi şübhəlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm