Maşallah Əhmədov daha 2 ay ev dustağı olacaq
Bizi izləyin

İdman

Maşallah Əhmədov daha 2 ay ev dustağı olacaq

Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Publika.az xəbər verir ki, Əhmədov barəsində seçilmiş ev dustaqlığı daha iki ay müddətinə artırılıb.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində Maşallah Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 30-da isə Binəqədi Məhkəməsi Maşallah Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı şikayətinə təkrar baxıb. Məhkəmə həbs qəti imkan tədbirini ləğv edib və həmin cəza növünü ev dustaqlığı ilə əvəz edib.

Əhmədov 1977-ci ildən “Neftçi”də oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. Əhmədov 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm