İdman
Avropa çempionatı qarşıdurmayla bitdi
Fransada keçirilən Avropa çempionatı başa çatsa da, turnir ətrafında söz-söhbətlər hələ uzun müddət davam edəcək. Qalmaqallarla, azarkeş özbaşınalıqlarıyla start götürən qitə birinciliyi elə bu ahənglə də yekunlaşıb.
Publika.az xəbər verir ki, dünən Portuqaliya və Fransa arasındakı final oyunundan sonra Parisdə növbət qarşıdurma yaşanıb. Vəziyyət o həddə çatıb ki, polis gözyaşardıcı qaz və rezin dəyənəklərə əl atmalı olub. İnsident Parisin əsas prospektlərindən birində baş verib.
Qələbədən sonra küçələrə axışan portuqaliyalı azarkeşlər asayiş keşikçiləri ilə üz-üzə gəlib. Şüşə butulkalardan, petardalardan istifadə edən fanatların hərəkətinə cavab olaraq polislər gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib.
Pərviz Hikmət
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO






















.webp)










