“Əsrin əməliyyatı”ndan 10 il ötür - FOTO
Bizi izləyin

İdman

“Əsrin əməliyyatı”ndan 10 il ötür - FOTO

10 il əvvəl İtaliya futbolu yasa batmışdı. Danışılmış oyunlara görə aparılan məşhur “Kalçopoli” əməliyyatı nəticəsində “Milan”, “İnter”, “Fiorentina” kimi A seriyasının bir neçə aparıcı klubu ciddi cəza almış, ən əsası isə çempion “Yuventus” B seriyasına göndərilmişdi. Hakimlərlə telefon danışıqları üzə çıxan Turin klubunun o vaxtki baş meneceri Luçano Mocci isə həbs olunmuşdu.

Bütün bunlar 2006-cı ildə keçiriləcək dünya çempionatı ərəfəsində baş vermişdi. Ancaq italyanlar xarakter göstərərək bu qalmaqaldan “sınmadı” və Almaniyada keçirilən dünya çempionatında qələbə qazandı.

Artıq həmin hadisədən 10 il ötür. İndi “Yuventus” əvvəlkindən də güclü təsir bağışlayır. İtaliyada rəqib tanımayan “Qoca sinyora”nın Avropa səhnəsində də əvvəlki nüfuzunu qaytardığını deyə bilərik.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm