Braziliya yığmasının olimpiada üçün heyəti – Neymar...
Bizi izləyin

İdman

Braziliya yığmasının olimpiada üçün heyəti – Neymar...

Futbol üzrə Braziliya milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək heyəti açıqlanıb.

Publika.az Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 18 nəfərlik heyətdə Neymar da yer alıb.

Qapıçılar: Fernando Prass (Palmeyras), Uilson (Atlétiko Mineyro);

Müdafiəçilər: Markinyos (PSJ, Fransa), Rodriqo Kayo (San Paul), Luan (Vasku da Qama), Villiam (İnternasyonal), Duqlas Santuş (Atletiko Mineyro), Zeka (Santos);

Yarımmüdafiəçilər: Uoles (Qremio), Rodriqo Durado (İnternasyonal), Tyaqo Maya (Santos), Rafael Alkantara (Barselona, İspaniya), Renato Auqusto (Pekin Qoan, Çin), Felipe Anderson (Latsio, İtaliya);

Hücumçular: Neymar (Barselona, İspaniya), Qabriel (Santos), Qabriel Xesus (Palmeyras), Luan (Qremio).

Qeyd edək ki, qrup mərhələsində Braziliyanın rəqibləri CAR, İraq və Danimarka olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm