Arda Turan da dəstəklədi: “Baş komandanım sizsiniz!”
Bizi izləyin

İdman

Arda Turan da dəstəklədi: “Baş komandanım sizsiniz!”

"Barselona"nın futbolçusu Arda Turan prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini nümayiş etdirib.

Publika.az xəbər verir ki, Arda "İnstaqram"da paylaşdığı açıqlama ilə Ərdoğanı müdafiə edib. O, prezidentə müraciət edərək, onun yanında olduğunu bildirib:

"Mənə yaltaq deyəcəksinizsə, deyin! Həyatı boyu dövlətin heç bir qurumundan bir şey istəməmiş biri olaraq yazıram. Xəstələndik, zəng etdin, üzüldük, zəng etdin, sevindik, zəng etdin, Allahın salamını göndərdik, zəng etdin, dünyanın hər yerində sahib çıxdın. Abilik etdin hər şərtdə bizə... Sahib çıxdınız... Bu gün sizin üçün çətin gündürsə, yanındayıq əfəndim... İnanıram ki, bu ölkəni yenidən birləşdirəcək insanları toparlayacaqsınız. Allah iki cahanda da sizi xoşbəxt etsin! Mənim baş komandanım sizsiniz! Hər şərtdə... Futbolçuyam, tərəfim var, fikrim var, azadam!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm