Rio-2016: Olimpiadanı hansı kanalda izləyək?
Bizi izləyin

İdman

Rio-2016: Olimpiadanı hansı kanalda izləyək?

Avqustun 6-dan etibarən İctimai Televiziya Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının canlı yayımına start verir.

Kanalın İctimaiyyətlə Əlaqələr Departamentindən Publika.az-a verilən məlumata görə, İTV Cənubi Amerika qitəsində ilk dəfə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimini Bakı vaxtilə saat 02:55-də tamaşaçılara təqdim edəcək.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarının Azərbaycanda yayım hüququ İTV-yə məxsusdur.

Qeyd edək ki, 206 ölkənin iştirakının gözlənildiyi möhtəşəm turnirdə idmançılar 301 medal komplekti uğrunda mübarizə aparacaqlar.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm