İdman
Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazanıb
Bakıda keçirilən Bədii gimnastika üzrə Dünya Kuboku yarışında topla fərdi proqram üzrə final yarışında rusiyalı gimnast Marqarita Mamun 19.400 xalla qızıl medal qazanıb.
apa-nın məlumatına görə, rusiyalı Aleksandra Soldatova 19.000 xalla gümüş, İsrail təmsilçisi Neta Rivkin 18.500 xalla bürünc medal qazanıblar.
Azərbaycan gimnastı Marina Durunda 17.900 xalla yeddinci olub. Halqa ilə yarışlarda da rusiyalı gimnastlar fərqləniblər. Yana Kudryavtseva (19.450 xal) qızıl, Marqarita Mamun (18.550 xal) gümüş, Fransa gimnastı Kseniya Mustafayeva (18.500 xal) isə bürünc medala sahib olublar. Gürzlərlə final yarışında Yana Kudryavtseva və Marqarita Mamun eyni -19.400 xal topladıqları üçün fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fransa təmsilçisi Kseniya Mustafayeva yarışı üçüncü pillədə başa vurub. Lentlə yarışlarda isə Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla bürünc medal qazanıb. Yarışda 19.400 xal toplayan Marqarita Mamun və Yana Kudryavtseva qızıl medala sahib olublar.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu