İdman
Tale Heydərov: "Bunu Cavid Hüseynova həsr edəcəyik"
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Fransada “Lill” klubu ilə qarşılaşan “Qəbələ” dueldən sərfəli nəticə ilə ayrılıb. 12-ci dəqiqədə Vernidubun qolu sayəsində hesabı açan təmsilçimiz fasilədən dərhal sonra toru qapısından çıxarsa da, cavab oyunu üçün üstünlük qazanıb.
Oyundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərov APA-nın əməkdaşının da suallarını cavablandırıb.
- Bu hesaba görə sizi təbrik etmək olarmı?
- Bəli.
- Oyunla bağlı fikrinizi bilmək maraqlı
olardı.
- Bu cür böyük büdcəyə sahib, ötən mövsüm
Fransa çempionatında 5-ci yeri tutmuş bir komanda ilə qarşılaşmada
1:1 hesabı böyük nəticədi. Bu nəticə hələ ki bizə sərf edir.
- Səfərdə bu nəticəni gözləyirdinizmi?
- Komandaya maksimum güclərini ortaya
qoymaq tapşırığı verilmişdi. Baş məşqçiyə və futbolçulara demişəm
ki, biz bu mərhələni keçsək, onu sabiq kapitanımız Cavid Hüseynova
ərməğan edəcəyik. Komanda olaraq sona qədər mübarizə apardılar.
- Növbəti oyunlar üçün necə, yeni transferlər nəzərdə
tutulubmu?
- Hücumçu axtarışındayıq. Bir futbolçu var,
amma səhhətində problem olduğuna görə, başqa oyunçu axtarmağa
başladıq.
- Komanda adətən Bakıda keçirdiyi oynlarda azarkeş
baxımından problemlə üzləşir. Yəni tribunalar tamamilə dolmur. Bu
sahədə iş görmək. Kompaniya keçirmək
planlaşdırılırmı?
- Məqsədimiz hər zaman azarkeşləri stadiona
cəlb etməkdi. Bu istiqamətdə müəyyən işlər görülür. Amma bu könüllü
şəkildə olmalıdı. İnanıram ki, azarkeşlərimiz komandaya stadionda
dəstək verəcək. Komandanın uğur qazanmasında bu amil vacibdi. Klub
olaraq əlimizdən gələni edirik. Azarkeşlərin üzərinə də məsuliyyət
düşür. “Qəbələ” Azərbaycanı təmsil edir. Təbii ki, komandamızı daim
dəstəkləməliyik. “Qarabağ”, eləcə də digər klublarımız
avrokuboklarda oynayan zaman stadiona gedir, dəstəyimi əsirgəmirəm.
Bunu klub prezidenti olduğuma görə yox, bir vətəndaş kimi
edirəm.
- “Qarabağ”ın adını çəkdiniz. Onlar da ilk oyunda heç-heçə
edib, əlverişli nəticə qazanıblar. Onlarla bağlı nə
düşünürsüz?
- Bu komandaya azarkeşlik edirəm. Həm
adına, həm də oyun üslubuna görə. Klubun rəhbərliyinə, baş
məşqçisinə hörmətim var. Düzgün strategiya seçiblər. Azərbaycanı
layiqincə təmsil edirlər. Onlar haqda fikrim müsbətdi. Yaxşı nəticə
ilə dönüblər. Cavab oyununda uğurlar arzulayıram.
- Fransadan Azərbaycana hansı təəssüratlarla
dönürsünüz?
- Ancaq xoş təəssüratlarla dönürəm.
- Mərhələ keçəcəyinizə əminsinizmi?
- Hələ yox. Çünki rəqibin heyətində də
təhlükəli futbolçular var. Onların da qol vurmaq üçün bir neçə
imkanı oldu. Bir tərəfdən bəxtimiz gətirdi. Bakıdakı oyun çətin
keçəcək. Arxayınlaşmaq olmaz. Gücümüzü sərf etməliyik.
- Komanda mərhələ adlasa, mükafatın məbləği əvvəlki
oyunlarla müqayisədə artırılacaqmı?
- Əlbəttə, mükafatın məbləği artırılacaq. Rəqibimiz 75 milyon büdcəsi olan klubdu. Onları mübarizədən kənarlaşdırmaq heç də asan olmayacaq. Çətin tapşırıqdı.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?