Rio-2016: Erməni idmançının qələbəsində AZƏRBAYCANLI İZİ
Bizi izləyin

İdman

Rio-2016: Erməni idmançının qələbəsində AZƏRBAYCANLI İZİ

Rio-2016-da qadınlardan ibarət qılıncoynatma yarışında Rusiya yığmasının üzvü Yana Yeqoryan Olimpiya çempionu tituluna sahib olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni əsilli Rusiya idmançısı finalda öz həmyerlisi Sofiya Velikayanı məğlub edib (15-14).

Qeyd edək ki, Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılıncoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadır. Jemayevanın həyat yoldaşı İlqar Məmmədov Rusiya qılıncoynatma yığmasının baş məşqçisidir. İlqar Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm