“Qarabağ” yeni hücumçu tapdı - FOTO
Bizi izləyin

İdman

“Qarabağ” yeni hücumçu tapdı - FOTO

“Qarabağ”, nəhayət ki, axtardığı hücumçunu tapıb.

Publika.az Kipr mətbuatına istinadən xəbər verir ki, Azərbaycan çempionu “Anortosis”in forvardı Dino Ndlovunu transfer edib.

Həmkarlarımızın yazdığına əsasən, uzun müddətdir aparılan danışıqlar müsbət nəticələnib və “Qarabağ”ın 350 min avroluq təklifini Kipr klubu qəbul edib. Ötən mövsüm “Anortosis”in heyətində keçirdiyi 28 oyunda 16 qola imza atan Cənubi Afrika millisinin üzvünün bu gün “Köhlən atlar”la müqavilə imzalayacağı da bildirilib. Keçid rəsmiləşdikdən sonra Ndolovunun adı UEFA-ya göndəriləcək və o, Avropa Liqasının pley-off mərhələsində “Höteborq”la matçlarda debüt etmək imkanı qazanacaq.

Qeyd edək ki, 2012-ci ildən Cənubi Afrika yığmasına çağırılan 26 yaşlı forvard “Anortosis”ə ötən ilin yayında Hayfa “Makkabi”sindən keçmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm