Messidən biabırçı statistika
Bizi izləyin

İdman

Messidən biabırçı statistika

Messidən biabırçı statistika

"Barselona"nın ulduzu Lionel Messi dünən gecə Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə oyunda sönük çıxışı ilə mətbuatın tənqid hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, argentinalının oyununu xarakterizə edən statistika biabırçı həddə olub.

Belə ki, o, 90 dəqiqə ərzində meydanda cəmi 6,8 km qaçıb. Hansı ki, bu göstərici qapıçı Pintodan cəmi 1,5 km artıqdı. Oyunun qəhrəmanı Kokenin qaçdığından isə 2 dəfə azdı (12,2 km).

Qeyd edək ki, digər hücumçu Neymar da 9,5 km-lə ümidləri doğrultmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm