Avropa Liqası: “Qarabağ” İsveçdən məğlubiyyətlə qayıdır (YENİLƏNİB)
Bizi izləyin

İdman

Avropa Liqası: “Qarabağ” İsveçdən məğlubiyyətlə qayıdır (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq. Bu, ağdamlıların cari mövsümdə ilk Avroliqa sınağı olacaq. Çempionlar Liqası ilə məğlubiyyətsiz vidalaşan Qurban Qurbanovun yetirmələri son iki mövsümdə olduğu kimi yenə mübarizəni daha zəif turnirdə davam etdirəcək.

İsveçin “Göteborq” klubu ilə qarşılaşacaq təmsilçimiz ilk oyun öncəsi cütün favoriti hesab olunur. “Köhlən atlar” İsveçdə qalib gəlsələr, bu, onların qitənin ikinci dərəcəli klub turnirində yubiley – 20-ci sevinci olacaq.

Avropa Liqası. Pley-off, ilk oyun

18 avqust

21:00 Höteborq (İsveç) - Qarabağ 1:0

Olbak, 56.

Baş hakim: Pavel Raçkovski (Polşa)

Höteborq. “Qamla Ullevi” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm