DÜNYADA İLK: Komandaya azarkeşlər sponsorluq edəcək
Bizi izləyin

İdman

DÜNYADA İLK: Komandaya azarkeşlər sponsorluq edəcək

"Qaziantepspor” azarkeşləri dünyada bir ilkə imza atıb.

Publika.az xəbər verir ki, bundan sonra komandanın sinəsindəki reklam yerində "Qaziantepspor” tərəfdarları yer alacaq.

Yaxınlarda imzalanacaq sponsorluq anlaşmasından sonra, azarkeşləri komandaya təkcə tribunadan dəstək verməyəcək, həm də forma qədər yaxın olacaqlar. Məsələ burasındadır ki, özünə sponsor tapa bilməyən klubun çətinlik çəkdiyini görən "Qaziantepspor Azarkeşlər Dərnəyi” belə bir addım atmaq qərarına gəlib. Dərnəyin prezidenti İrfan Karayılan "Kamil Ocak Stadionu”nda təşkil etdiyi mətbuat konfransında həyata keçiriləcək bu yenilikdən danışıb. O, idarə heyətinin üzvləri ilə birlikdə verdiyi açıqlamada komandaya sponsorluq edəcəklərini vurğulayıb. Karayılan anlaşmaya əsasən komandanın formasının sinəsindəki reklam yerində "Tərəfdar” sözünün yazılacağını bildirib. Başqan müqavilə çərçivəsində hazırladacaqları 40 min ədəd formanın satışından gələn pulun hamısını komandanın büdcəsinə yatıracaqlarını söyləyib.

Sponsorluq anlaşmasının cümə axşamı klub və dərnək rəhbərləri arasında imzalanacaq və üzərində "tərəfdar" sözü yazılmış formalar yeni transferlərin də qatıldığı mərasimdə ictimaiyyətə təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm