İdman
İsgəndər Cavadov meşədə azıb: "Birdən gördüm ki, mənə canavar baxır"
Azərbycanın veteran futbolçusu İsgəndər Cavadov Sankt-Peterburqda nəşr olunan “Sport den za dnyom” qəzetinə müsahibə verib.
Cavadov müsahibədə Moskvanın “Dinamo” komandasında çıxış edərkən başına gələn macəradan da danışıb. İsgəndər Cavadov “Dinamo”da çıxış edərkən Novoqorsk meşəsində azdığını bildirib: “Həmin vaxt az qala ölmüşdüm. “Dinamo” Novoqorskda qış hazırlığı keçirdi. Məşqçilər bazanın yaxınlığında kross qaçmağımızı istədilər.
Əvvəlcə bütün qrupla bir yerdə qaçmağa başlasam da, vaxt ötdükcə onlardan geri qaldım. Bir də ayıldım ki, ətrafımda heş kim yoxdu. Gah sağa, gah da sola qaçmağa başladım. Birdən başa düşdüm ki azmışam. Şaxtalı gecədə meşənin ortasında tək qalmağı təsəvvür edirsiz? Birdən gördüm ki, mənə canavar baxır”.
Cavadov onu bir ovçunun xilas etdiyini bildirib: “Təsəvvür edə bilərsiz ki, belə qaranlıqda gözü parıldayan başqa nəsə olsun? Artıq donmuşdum. Birdən ağacların arasından bir ovçu çıxdı. Sən demə, mənə canavar kimi görünən onun iti imiş. Çox saq olsun, məni yola çıxardı, gedəcəyim istiqaməti göstərdi. 7 saatdan çox meşədə qalmışdım. Bu hadisədən sonra 2-3 gün özümə gələ bilmədim”.
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO