“Qarabağ” Respublika stadionuna qayıdır
Bizi izləyin

İdman

“Qarabağ” Respublika stadionuna qayıdır

“Qarabağ” Avropa Liqasında növbəti qrup oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl “Sportnet.az” saytına müsahibəsində deyib. Klub rəsmisi ilk oyunun “Dalğa Arena”da keçirilməsinin birbaşa UEFA-nın özəl qərarıyla bağlı olduğunu da vurğulayıb:

“UEFA "Dalğa Arena”ya qərar versə də, əlbəttə, "Tofiq Bəhramov”da oynamaq istəyirdik. Ancaq orda UEFA bir məsələni qabartdı ki, bu da futbolçu sağlamlığına zərbə ola bilməsi ilə bağlıdır. Biz də bunun qarşısında heç nə deyə bilmədik. Onu da qeyd edim ki, UEFA qrupda ev oyununun harada başlayırsa, orada bitməsini istəyir. Yəni "Dalğa Arena”da başladıqsa, sonadək orada oynansın. Ancaq bizim vəziyyət bir qədər gözlənilməz olduğu üçün özəl qərarla bizə bir oyunu "Dalğa Arena”da keçirməyə icazə verdi. Bu, 2 oyun da ola bilər. Hər şey Respublika stadionunun vəziyyətindən asılı olacaq. Ot özünü tam bərkitmədiyindən, qazon yumşaq, palçıq kimi olur və orda hər cür zədə almaq imkanı var. Biz həm öz, həm də rəqib futbolçular barəsində belə bir riskə gedə bilməzdik. Ancaq qrupda ikinci ev oyunumuzu "Tofiq Bəhramov”da keçirəcəyik. Biz özümüzə inanırıq. Bunun üçün lazımi işləri görəcəyik”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm