Faiq Həsənova “Ən yaxşı arbitr-2016” mükafatı
Bizi izləyin

İdman

Faiq Həsənova “Ən yaxşı arbitr-2016” mükafatı

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi günlərdə “Ən yaxşı arbitr-2016” adı uğrunda müsabiqəyə yekun vurulub.

Publika.az xəbər verir ki, 2016-cı ilin arbitrlərinin mükafatlandırma mərasimi “Fairmont Baku” otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası zamanı keçirilib.

“Ən yaxşı arbitr” tituluna layiq görülənlər sırasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Ümumdünya Şahmat Olimpiadasının baş arbitri Faiq Həsənov da yer alıb. Onunla yanaşı, Xorxe Veqa (Qvatemala), Devid Uelç (İngiltərə), Yuri Lobanov (Rusiya) və Venkateş Kamesvaran (Hindistan) da müsabiqənin qalibləri olub.

Onların hər birinə layiq olduğu mükafatı FIDE-nin Arbitrlər Komissiyasının sədri Takis Nikolopulos təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm