Futbolçu hakimin spreyini oğurladı - VİDEO
Bizi izləyin

İdman

Futbolçu hakimin spreyini oğurladı - VİDEO

“Qalatasaray”ın sabiq futbolçusu Zvezdan Misimoviç gözlənilməz hərəkəti ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, karyerasını Çində davam etdirən bosniyalı futbolçu oyun zamanı hakimin spreyini “oğurlayıb”. Oyundaşlarının hakimə etiraz etdiyi vaxt gizlicə spreyi referinin cibindən götürən Misimoviç bir anda diqqət mərkəzinə düşüb.

Onun bu hərəkətinin görüntüsü izləyənlərin gülüşünə səbəb olub. Onun niyə belə etdiyi sirr qalıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm