İdman
“Barselona”nın ulduzu Türkiyə klubuna transfer olacaq?
“Barselona”nın ulduzu Türkiyə klubuna transfer olacaq?
“Barselona”dan ayrılacağı deyilən Karles Puyol karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Bu barədə mətbuata “Barselon”ada yaşayan və Kataloniya klubu ilə yaxın münasibətləri olan FIFA meneceri Bayram Tutumlu məlumat verib.
Publika.Az xəbər verir ki, Bayram Tutumlu Puyolla maraqlanan Türkiyə klubunun adını açıqlayıb: ”Puyol şərəfli və namuslu insandır. Mövsümün sonunda futbol oynaya biləcəyini hiss etsə, davam edəcək. Bundan 1 ay əvvəl “Trabzonspor”un başqanı İbrahim Hacıosmanoğlu Barselonaya gəlmişdi və Puyolla maraqlanırdı. Mən də futbolçu ilə bu məsələni danışdım. Mənə bildirdi ki, mövsümün sonunda qərar verəcək. Yəni, hər şey yayda bəlli olacaq.
Puyol gələ bilər. “Trabzonspor” Türkiyənin ən böyük klublarından biridir və bu klubu tanıyır. “Barselona” “Trabzonspor”a qarşı oynayıb. Mən sadəcə vəziyyəti soruşdum”.
Qeyd edək ki, bundan öncə Puyolun "Qalatasaray"a transfer olunacağı xəbəri yayılmışdı.
Aygün İlqarqızı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi