
Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə Şəmkirdə keçiriləcək “Shamkir Chess-2014” Beynəlxalq şahmat turnirinin iştirakçıları artıq Azərbaycandadır.
Publika.az xəbər verir ki, dünyanın məşhur şahmatçıları, Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Synergy Group rəhbərliyi Fəxri Xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Sonra onlar məşhur qrossmeyster Vüqar Həşimovun məzarını ziyarət ediblər.