Azərbaycana ŞOK İTKİ - FOTO
Bizi izləyin

İdman

Azərbaycana ŞOK İTKİ - FOTO

Ayağında zədəsi olan təcrübəli futbolçunun bu oyuna qədər sağalacağına ümid bəslənilirdi.

Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Çexiyaya qarşı keçirəcəyi səfər oyununa ciddi itki ilə çıxacaq.

Publika.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqov Osrtavadakı matçı buraxmalı olacaq.

Ayağında zədəsi olan təcrübəli futbolçunun bu oyuna qədər sağalacağına ümid bəslənilirdi. Amma ötən gecə matçın keçiriləcəyi "Vitkovitse" stadionundakı son məşq zamanı bəzi təmrinləri həyata keçirərkən Rəşadın vəziyyəti daha da ağırlaşıb. Bu üzdən də həkimlər onun qarşıdakı matçda iştirakını mümkünsüz sayıblar.

Sadıqovu Çexiya ilə oyunda Bədavi Hüseynov əvəz edəcək. (azerisport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm