İdman
Cüdoçumuz “Böyük Dəbilqə” turnirinin qalibi olub
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə 1 qızıl, 1 bürünc medal yazdırıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. Finala gedən yolda o, qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə isə Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.
90 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev ilk görüşündə Seyşel adalarının idmançısı Nantenaina Finessini məğlub edib. Lakin ikinci qarşılaşmasında serbiyalı Aleksandr Kukolja uduzaraq, təsəlliverici görüşə qatılıb. Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.
Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq) 7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, turnirin ikinci günüdə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."