“Qəbələ” mühüm xallar itirdi - - VİDEO
Bizi izləyin

İdman

“Qəbələ” mühüm xallar itirdi - - VİDEO

“Qəbələ” AZAL-la səfər oyunundan qolsuz heç-heçə ilə dönərək xal hesabını 25-ə çatdırıb.

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun növbəti oyunlarına start verilib.

Publika.az xəbər verir ki, günün ilk matçı “AZAL Arena”da baş tutub.

Çempionatın lideri “Qəbələ” səfərdə AZAL-la qarşılaşıb. Görüş “Qəbələ”nin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəli Roman Qriqorçukun texniki zonadan kənarlaşdırılması ilə diqqət çəkib. O, UEFA Avropa Liqasının “Sent Etyen”lə üç gün öncə keçirilən matçında olduğu kimi yenə qarşılaşmanı tribunadan izləməli olub.

Yekunda, “Qəbələ” AZAL-la səfər oyunundan qolsuz heç-heçə ilə dönərək xal hesabını 25-ə çatdırıb.

AZAL – Qəbələ 0:0

“AZAL Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm