Millimiz “qol” əvəzinə 25 min manat dəyərində televizorlarla döndü
Bizi izləyin

İdman

Millimiz “qol” əvəzinə 25 min manat dəyərində televizorlarla döndü

Hətta onlardan üçünün dioqonalının 72 düym olması iddialar arasındadı.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşan milli komandamız səfərdən təkcə qapısından buraxdığı 4 qolla dönməyib.

Apasport.az saytı xəbər verir ki, məşhur “SKY Sport” kanalı maraqlı iddia ilə çıxış edib.

Belə ki, səfər zamanı Belfastdakı yerli elektorinka mağazasından millimiz üçün 8 ədəd televizor alınıb. Həmin cihazlar oyun başa çatdıqdan sonra millimizi ölkəyə gətirən təyyarəyə yüklənib.

Hətta onlardan üçünün dioqonalının 72 düym olması iddialar arasındadı.

Bildirilib ki, bu televizorların ümumi dəyəri 12 min funt-sterlinqdir (25.5 min AZN).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm