Televizora baxdığı yerdə dünyasını dəyişdi
Bizi izləyin

İdman

Televizora baxdığı yerdə dünyasını dəyişdi

O, 44 yaşında dünyasını dəyişib.

Rumıniya yığmasının və İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Daniel Prodan vəfat edib.

Publika.az xəbər verir ki, Prodan televizora baxarkən infarkt keçirib.

O, 44 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Daniel Prodan 1996-1998-ci illərdə "Atletiko"da çıxış edib. Madrid klubunun heyətində 34 oyuna çıxan müdafiəçi 4 qol vurub. O, karyerası ərzində Rumıniyanın "Styaua", Şotlandiyanın "Reyncers", İtaliyanın "Messina" klublarında da forma geyinib. Yığmada 54 oyun keçirən D.Prodan 5 qat Rumıniya çempionu, iki dəfə Rumıniya Kuboku və Super Kubokun qalibi, 2 dəfə Şotlandiya çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm