Emin Mahmudov "Boavişta"da debüt etdi
Bizi izləyin

İdman

Emin Mahmudov "Boavişta"da debüt etdi

Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov "Boavişta"nın heyətində Portuqaliya çempionatında debüt edib.

Publika.az xəbər verir ki, gənc yarımmüdafiəçi "Sportinq"lə matçın 75-ci dəqiqəsində meydana daxil olub. Mahmudov bu yay keçdiyi Porto təmsilçisində debütü üçün 11-ci turadək gözləməli olub. O, yalnız son oyunlarda 18 nəfərlik iştirak ərizəsində yer alırdı.

Qeyd edək ki, Mahmudovun Portuqaliyayadək karyerası Rusiya klublarına bağlı olub. O, 2010-cu ildən başlayan peşəkar karyerasında "Saturn", "Spartak", "Tom" "Krılya Sovetov" və "Mordoviya"da oynayıb. Emin millimizdə hər 2 matçını cari seçmə mərhələdə keçirib. (sportnet.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm