Əfsanəyə yeni müqavilə təklif olunacaq
Bizi izləyin

İdman

Əfsanəyə yeni müqavilə təklif olunacaq

Əfsanəyə yeni müqavilə təklif olunacaq

“Liverpul” rəhbərliyi komandanın kapitanı Stiven Cerrarda yeni müqavilə təklif etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, yeni müqaviləyə əsasən Cerrard daha bir il “Liverpul”da qalacaq. Futbolçunun komanda ilə müqaviləsi 2015-ci ilin yayında başa çatır. Klub rəhbərliyi qüvvədə olan müqavilənin müddətini daha bir il artırmaq niyyətindədi.

“Liverpul”un baş məşqçisi Brendan Rocers də Cerrardın komandada qalmasının tərəfdarıdı: “Düşünürəm ki, Stiv 2015-ci ildən sonra da futbol oynamaqda davam edəcək. O, möhtəşəm bir mövsüm keçirdi. Hesab edirəm ki, o, bundan sonra da komandanın əsas siması olaraq qalacaq”.

Cerrard bütün karyerası boyu “Liverpul”da oynayıb. O, 1998-ci ildən bu komandanın şərəfini qoruyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm