Burak Yılmazı məhkəməyə verdi - İşdən çıxardılar (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Burak Yılmazı məhkəməyə verdi - İşdən çıxardılar (YENİLƏNDİ)

Türkiyə mətbuatında hadisə anının videogörüntüləri yayılıb.

Türkiyə millisinin üzvü Burak Yılmazın avtobus sürücüsü ilə dava etdiyini xəbər vermişdik.

Avtobusun sürücüsü Orhan Çimən ulduz oyunçunu məhkəməyə verib.

Çimən bu barədə açıqlamsında bildirib:"Burak avtobusun şüşəsinə əlini vurdu. Mən də pəncərəni açıb "nə lazımdır, həmyerlim?" deyə soruşdum. O isə üstümə hücum çəkməyə cəhd göstərdi. Mən də əlimə dəyənək götürdüm. Onu vurmaq niyyətim yox idi.

Sadəcə özümü qorumağa çalışdım. Burak Yılmaz olduğunu da sonradan öyrəndim. Səhvim varsa, gedib əlindən öpərəm. Amma ona qarşı yanlış heç nə etməmişəm. Onu məhkəməyə verdim. Çünki məni təhqir etdi. Burak da haqsız olduğunu bilir. Məni işdən də çıxarıblar. İcazəmi ləğv ediblər".(qafqazinfo)

***

Türkiyə millisinin və Çinin "Beyzin Qoan" klubunun hücumçusu Burak Yılmazın ölkəsində avtobus sürücüsünə hücum etməsi barədə məlumat vermişdik.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

31 yaşlı forvard avtomobilini avtobus dayanacağında saxladığından dayanacaqdan adam götürə bilməyən avtobus sürücülərindən biri ona irad bildirmiş, sürücünün bu hərəkətindən xoşu gəlməyən Burak isə onun üstünə şığımışdı. Türkiyə mətbuatında hadisə anının videogörüntüləri yayılıb.

Publika.az həmin görüntüləri təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm