“Liverpul” mübarizəni dayandırdı, MS və “Çelsi”...
Bizi izləyin

İdman

“Liverpul” mübarizəni dayandırdı, MS və “Çelsi”...

İngiltərə kubokunun 1/16 final mərhələsində növbəti oyunlar keçirilib.

İngiltərə kubokunun 1/16 final mərhələsində növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, “Liverpul” evdə aşağı liqa təmsilçisi “Vulverhempton”a uduzaraq (1:2) mübarizəni dayandırıb.

“Çelsi” isə “Brentford”u darmadağın edərək (4:0) mərhələ adlayıb. Oyunda “zadəganlar”ın qollarına Vilian, Pedro Rodriqes, Branislav İvanoviç və Mişi Batşuayi imza atıblar.

“Mançester Siti” səfərdə “Kristal Pelas”ı Rahim Sterlinq, Leroy Sane və Yaya Turenin qollarıyla məğlub edərək (3:0), 1/8 finala adlayıb.

“Tottenhem” də 1/16 final mərhələsini keçib. Hotspurlular “Uikomb”a qarşı Son Honq-Min (2), Vinsent Yanssen və Dele Allinin qollarıyla 0:2 hesabıyla geri düşdükləri qarşılaşmada 4:3 hesabıyla qalib gələrək mərhələ adlayıblar.

"Arsenal" isə səfərdə "Sautqempton"u topa tutub - 5:0. London klubunun heyətində Denni Uelbek (2) və Toe Uolkott (3) fərqləniblər.

İngiltərə kuboku, 1/16 final

28 yanvar

Liverpul - Vulverhempton 1:2

Blekbern - Blekpul 2:0

Bernli - Bristol 2:0

Çelsi - Brentford 4:0

Kristal Pelas - Mançester Siti 0:3

Linkoln - Brayton 3:1

Middlsbro - Akkrinqton Stenli 1:0

Oskford - Nyukasl 3:0

Roçdeyl - Haddersfild 0:4

Tottenhem - Uikomb 4:3

Sautqempton - Arsenal 0:5

Komanda.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm