Dünya çempionatına hazırlıq xərcləri artırıldı
Bizi izləyin

İdman

Dünya çempionatına hazırlıq xərcləri artırıldı

DÇ-2018-in oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıq xərcləri artırılıb.

Publika.az xəbər verir ki, turnirin büdcəsinə 19,1 milyard rubl (323 milyon 813 min 515 dollar) əlavə olunub.

Rusiya hökumətinin hüquqi informasiya portalında yer alan xəbərdə qeyd olunur ki, xərclər 619 milyard 670,5 milyondan 638 milyard 842,6 milyon rubla qədər artırılıb.

Qeyd edək ki, DÇ-2018-in oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm