Millimizin Dünya Kubokundakı rəqibləri məlum oldu - VİDEO
Bizi izləyin

İdman

Millimizin Dünya Kubokundakı rəqibləri məlum oldu - VİDEO

16-17 fevral tarixlərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Cari ilin 16-17 fevral tarixlərində İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

"Report" xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.

Püşkatmaya görə, Azərbaycan yığması Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə "B" yarımqrupunda yarışacaq.

Fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək.

Ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz 5-ci yeri tutublar. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm