Millimizin üzvü evə 2 qız çağırdı, qarət olundu
Bizi izləyin

İdman

Millimizin üzvü evə 2 qız çağırdı, qarət olundu

Hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.

Azərbaycan milli komandasının və "Araz Naxçıvan" klubunun futzalçısı Fineo de Araujo qarət olunub.

Publika.az xəbər verir ki, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.

Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub.

Hadisə ilə əlaqədar Fineo hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib.

Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm