ÇL, 1/8 final: "Bavariya" və "Real"dan inamlı qələbə (YENİLƏNİB) - - VİDEO
Bizi izləyin

İdman

ÇL, 1/8 final: "Bavariya" və "Real"dan inamlı qələbə (YENİLƏNİB) - - VİDEO

"Bavariya” ardıcıl 16-cı ev oyununda da qalib gəldi.

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı baş tutub.

Publika.az xəbər verir ki, “Bavariya” “Arsenal”ı, “Real” isə “Napoli”ni qəbul edib. Münhendə baş tutan qarşılaşmada meydan sahibləri qələbəyə seviniblər. "Bavariya"nın 5 qol vurduğu oyunda "Arsenal"ın gücü yalnız bir qola çatıb. Əvvəlcə Robben hesabı açıb. Aleksis Sançez bərabərliyi təmin etsə də, ikinci hissədə Levandovski, Müller və Tyaqonun (2) qolları cavab qarşılaşması öncəsi Karlo Ançelottinin yetirmələri üçün böyük üstünlük yaradıb.

“Real” – “Napoli” qarşılaşmasında da ev sahibləri seviniblər. Hesabı qonaqlar açsa da, "kral" klubu bunun cavabını artıqlaması ilə qaytarıb. Benzema, Kross və Kazemiro ispanları sevindirən qollara imza atıblar. İtalyanların cavab qarşılaşması öncəsi son ümidi isə səfərdə vurduqları qoldur.

UEFA Çempionlar Liqası. 1/8 final mərhələsi, ilk oyunlar

15 fevral

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 5:1

Qollar: Robben, 11, Levandovski, 53, Tyaqo Alkantara, 56, 63, Müller, 88 - Aleksis Sançez, 30

“Real” (İspaniya) – “Napoli” (İtaliya) - 3:1

Qollar: Benzema, 19, Kross, 49, Kazemiro, 54 - İnsinye, 8

Oxumağa davam et
Reklam
Reklam

Gündəm