“Qalatasaray”lı futbolçu hücuma məruz qaldı
Bizi izləyin

İdman

“Qalatasaray”lı futbolçu hücuma məruz qaldı

Səbəb onun taksiyə yol verməməsidir.

“Qalatasaray”ın futbolçusu Lukas Podolski hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, hadisə İstanbulda baş verib. Ataköy yaxt limanında bir məkana girmək istəyən alman hücumçu həmin ərazidən keçən taksi sürücünün qəzəbinə tuş gəlib. Buna səbəb isə onun taksiyə yol verməməsidir. Öz maşınından enərək Lukasın avtomobilinə yaxınlaşan sürücü avtomobili yumruqlamağa başlayıb.

Alman soyuqqanlılığı ilə hadisəni izləyən Poldi maşından enməyib və qəzəbli sürücüyə heç bir reaksiya verməyib. Məkan xidmətçilərinin müdaxiləsi ilə taksi sürücüsü sakitləşdirilib və hadisə yerindən uzaqlaşdırılıb.

Daha sonra heç bir şey olmamış kimi avtomobilindən enən hücumçu xidmətçilərin müşaiyəti ilə məkana daxil olub. (apasport)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm