“Qarabağ” AZAL-ı məğlub etdi - - VİDEO
Bizi izləyin

İdman

“Qarabağ” AZAL-ı məğlub etdi - - VİDEO

Ağdamlılar oyunun taleyini matçın 68-ci dəqiqəsində həll ediblər.

Azərbaycan Premyer Liqasının 22-ci turunun ikinci günündə “Qarabağ” komandası çempionatın autsayderi olan “AZAL” klubunu 1:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, “Azərsun Arena”da keçirilən oyunu baş hakim Rəhim Həsənov idarə edib.

Oyunun ilk hissəsində “Qarabağ” rəqib komandanın qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, bu imkandan yararlana bilməyib. Ağdamlılar oyunun taleyini yalnız matçın 68-ci dəqiqəsində həll ediblər. Dino Ndlov “Qarabağ”ı hesabda irəli çıxarıb. Qalan dəqiqələrdə oyunda əlavə qol olmayıb və matç “Qarabağ” komandasının qələbəsi ilə başa çatıb -1:0.

Bu oyundan sonra “Qarabağ” komandası xallarının sayını 48-ə çatdırıb. Çempionatın lideri “Qəbələ” komandası turun sonuncu görüşündə Bakıda “Neftçi”yə qalib gələ bilməsə, “Qarabağ” turnir cədvəlində birinci sıraya yüksələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm