İdman
Löv: "Azərbaycana səfər bizim üçün əlavə çətinlik olmayacaq"
İngiltərə ilə yoxlama oyunundan sonra Almaniya millisinin baş məşqçisi Yoahim Lövün mətbuat konfransı keçirilib.
Publika.az-ın apasport.az-a istinadən məlumatına görə,
mütəxəssis martın 26-da Bakıda Azərbaycan millisi ilə keçiriləcək
DÇ-2018-in seçmə oyunu barədə sualları da cavablandırıb.
- İngiltərə ilə qarşılaşmada gördüklərimizdən nələri Bakıda
nümayiş etdirəcəksiz?
- Azərbaycan yığmasına qalib gəlmək yönündə bir çox taktiki ideyalarımız var. Bu matçda daha az qüvvə sərf edib-etməyəcəyimizi deyə bilmərəm. Heyətdə də dəyişikliklər ola bilər. İngiltərə ilə matçda əsasən gənclərə şans verdik. Amma seçmə oyunlarında təcrübəyə də ehtiyac var.
- Azərbaycanla rəqib meydanında qarşılaşacaqsız. Belə səfər Almaniya üçün çətin olacaq?
- Xeyr. Azərbaycana səfər bizim üçün əlavə çətinlik olmayacaq. Düzdü, zədədən dönmüş futbolçular var ki, onlar məşqlərə qoşulmalıdı. Tamamilə oyuna köklənməliyik. Çünki oyunun özü isə asan olmayacaq. Azərbaycan bütün matçlarda olduğu kimi seçmə mərhələdə də yaxşı çıxış edir.
- Azərbaycan sizin üçün ilk növbədə hansı çətinliklə əlamətdardı?
- Uzun yol, saat fərqi və xoş olmayan şərtlər. Lakin bütün
bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Tamamilə əminəm ki, qələbə
seriyamızı Bakıda da qol buraxmadan davam etdirəcəyik. Bu bizim
qarşıdakı günlər üçün məqsədimizdi.
- Mark-Andre ter Şteqenlə Manuel Noyerdən hansını Bakıda
meydandan görəcəyik?
- Bunu hələ müzakirə etməmişik. Ona görə dəqiq heç nə deyə bilmərəm.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO