Məşhur futbolçunun şəkli tualet kağızında - - FOTOLAR
Bizi izləyin

İdman

Məşhur futbolçunun şəkli tualet kağızında - - FOTOLAR

"Napoli" - "Yuventus" görüşü bu gün keçiriləcək.

"Napoli" azarkeşləri komandanın sabiq futbolçusu Qonzalo İquaynı "Yuventus"a keçdiyi üçün hələ də bağışlamayıblar.

Publika.az xəbər verir ki, qəzəbli azarkeşlər A seriyasında "Napoli" - "Yuventus" matçı öncəsi argentinalı hücumçunun şəklinin olduğu tualet kağızlarını satışa çıxarıblar.

Neapol küçələrində satılan bu tualet kağızlarına marağın çox olduğu bildirilir.

Qeyd edək ki, üç mövsüm "Napoli"də çıxış edən Q.İquayn ötən mövsüm 90 milyon avroya "Yuventus"a transfer olunub.

Əlavə edək ki, "Napoli" - "Yuventus" görüşü bu gün keçiriləcək.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm