İdman
“Bakı-2017”: Azərbaycanı 12 taekvandoçu təmsil edəcək
Azərbaycan Taekvando Federasiyası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında Azərbaycanı təmsil edəcək milli komandanın heyətini müəyyənləşdirib.
Publika.az xəbər verir ki, taekvando yığmamız bu Oyunlarda 8 kişi və 4 qadın taekvandoçu olmaqla, ümumilikdə, 12 idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) mübarizə aparacaq.
Qadınların yarışında isə ölkəmizi Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək.
Qeyd edək ki, “Bakı-2017”də taekvando yarışları mayın 16-18-də Bakı İdman Sarayında təşkil olunacaq.
Xatırladaq ki, taekvando üzrə yığmamız IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı son beynəlxalq yarış olan aprelin 27-dən 30-dək Yunanıstanda keçirilmiş “Prezident kuboku” turnirində səkkiz medal qazanıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu