Məşhur futbolçu qəflətən vəfat etdi
Bizi izləyin

İdman

Məşhur futbolçu qəflətən vəfat etdi

Futbolçunun halı məşq zamanı qəflətən pisləşib.

Çinin “Beytszin” klubunun və Fil Dişi Sahili yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında vəfat edib.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələ ki, məlumat verilmir.

Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın “Tvente” və “Roda”, Belçikanın “Anderlext” klubunda oynayıb. 2010-cu ildən İngiltərənin “Nyukasl” klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib.

Fil Dişi Sahili millisində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm