İdman
Hollandiyalı futbolçu "Qəbələ"də
2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir transfer gerçəkləşdirib.
Publika.az klubun saytına istinadən xəbər verir ki, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonsales və Stiven Jozef-Monrosla anlaşan “qırmızı-qaralar” Dion Maloneni də heyətinə qatıb. Surinam əsilli hollandiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Surinamda anadan olan 28 yaşlı sağ cinah müdafiəçisi yarımmüdafiəçi kimi də çıxış edir. D.Malonenin karyerası Hollandiya klubları ilə bağlı olub. “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək “Omnivorld” adlanan klub sonradan adını dəyişərək “Almere Siti”yə çevrilib
Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.
-
Magazin121:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin121:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO
-
Sosial20:48
Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - VİDEO/YENİLƏNDİ
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!