"Barselona"nın transfer bombası
Bizi izləyin

İdman

"Barselona"nın transfer bombası

"Barselona" bu yay Marko Verrattini heyətinə qatmaqla transfer bombasını partlatmağı planlaşdırır.

Publika.az xəbər verir ki, PSJ italyan ulduzunu satmaq istəməsə də, kataloniyalılar bu futbolçudan əl çəkmir.

Verratti özü də "Barselona"ya keçmək istəyir. Kataloniya klubuna yaxınlığı ilə tanınan "Sport" qəzetinin məlumatına görə, bu keçidin baş tutub-tutmayacağına iyulun 4-də aydınlıq gələcək. Həmin gün PSJ məşqlərə başlayacaq və Verrattinin taleyi də müəyyənləşəcək.

PSJ-nin bu futbolçu üçün 100 milyon avro tələb etdiyi bildirilir. "Barselona" böyük ehtimalla tələb olunan məbləği ödəməyə razılıq verəcək.

Qeyd edək ki, PSJ Verrattini 2012-ci ildə "Peskara"dan 12 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm