“Qarabağ”da ciddi itki
Bizi izləyin

İdman

“Qarabağ”da ciddi itki

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Moldova “Şerif”i ilə səfər oyunu “Qarabağ” üçün uğurlu alınsa da, aparıcı futbolçularından birini itirməsi ilə yadda qalıb.

Publika.az xəbər verir ki, qarşılaşmanın birinci hissəsində Ağdam klubunun müdafiəçisi Maksim Medvedev zədələnib.
Zədəsi ciddi olan futbolçu oyunu davam etdirə bilmədiyindən 31-ci dəqiqədə əvəzlənməli olub. Maksimin yerinə meydana polşalı Yakub Jezniçak daxil olub. Hansı ki, Moldova klubu ilə Bakıdakı oyunda polşalı müdafiəçi 24-cü dəqiqədə zədə səbəbindən yerini Elvin Yunuszadəyə verməli olmuşdu.
Qeyd edək ki, Bakıdakı oyun 0:0 hesabıyla başa çatsa da, “Qarabağ” səfərdə bu rəqibinə 2:1 hesabıyla qalib gələrək, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm