Qurban Qurbanov: "Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək"

"Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı".

Publika.az "Qarabağ" futbol klubunun saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şerif"lə oyunsonrası mətbuat konfransında deyib.

"Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm” – deyə o əlavə edib.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə “Şerif”i 2:1 hesabıyla məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm