Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı başa çatdı
Bizi izləyin

İdman

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı başa çatdı

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı başa çatıb.

Publika.az xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov qeyd edib ki, çempionatın yüksək səviyyədə təşkili üçün bütün kollektiv səylə çalışıb.

Azərbaycan Atıcılıq Federasiyasının işçilərinə və yarışlarda əməyi keçənlərə diplomlar təqdim olunub.

Daha sonra Avropa Atıcılıq Federasiyasının bayrağı gələn il çempionatın keçiriləcəyi Macarıstan Atıcılıq Federasiyasının nümayəndəsinə təqdim edilib.

Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb. Yarışların keçirildiyi 13 gün ərzində 79 dəst medal qazanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm