222 milyonluq transferin ilk TƏƏSSÜRATLARI: “Parisdə ehtiras var”
Bizi izləyin

İdman

222 milyonluq transferin ilk TƏƏSSÜRATLARI: “Parisdə ehtiras var”

Ötən axşam “Barselona”dan PSJ-yə transfer olunan braziliyalı futbolçu Neymar dünya futbol tarixində rekord müəyyənləşdirdi. 222 milyon avroya alınan “sambaçı”nın bu rekordunu tarix boyu kiminsə qıra biləcəyi ağlabatan deyil.

Publika.az PSJ-nin rəsmi saytına istinadən xəbər verir ki, Neymar Paris klubuna keçidini belə dəyərləndirib:

"PSJ-yə qoşulduğum üçün çox xoşbəxtəm. Avropaya gəldiyimdən bəri bu klub ən rəqabətcil və ən iddialı komandalardan olub. Yeni komanda yoldaşlarımla azarkeşlərin istədiyi titulları qazanmağa çalışacağıq. PSJ-nin hədəfləri məni cəlb etməyə bilməzdi. Paris klubunda futbol ehtirası və enerji var. 4 mövsümdür Avropada oynayıram. Bu gündən etibarən yeni komandama kömək etmək, klubum üçün yeni üfüqlər açmaq və dünyada milyonlarla azarkeşə xoşbəxtlik gətirmək üçün əlimdən gələni edəcəm".

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm