İdman
Kuba da Azərbaycana rəqib oldu
Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinə qatılacaq daha 4 yığmanın adı bəlli olub.
Publika.az xəbər verir ki, Dominikan Respublikası, Kuba, ABŞ və Kanada milliləri komandamızın mübarizə aparacağı mundiala vəsiqə qazanıblar.
Bu komandalar Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının seçmə mərhələsinin yekununa əsasən DÇ-yə yüksəliblər. NORCECA-nın Apennində iştirak hüququ qazanacaq digər 2 komandasının adına isə iyula ayına qədər aydınlıq gələcək.
Beləliklə, mundialın iştirakçılarının sayı 22-ə yüksəlib. Bu 4 yığmadan Kubanın Azərbaycan millisinin yer aldığı C qrupuna düşəcəyi ehtimal edilir. Voleybolçularımızın son rəqibi isə NORCECA-nın 3-cüsü olacaq.
Qruplar püşkün nəticəsinə əsasən aşağıdakı kimidir:
A qrupu: İtaliya, Dominikan Respublikası,
Almaniya, Argentina, Xorvatiya, Tunis
B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada,
Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya,
Qazaxıstan, NORCECA-6.
D qrupu: Yaponiya, Çin, NORCECA-3, Belçika, Kuba,
Azərbaycan.
Qeyd edək ki, NORCECA seçmə mərhələsi başa çatdıqdan sonra yığmaların reytinq cədvəlində dəyişiklik olsa, həmin komandaların nömrələrinə uyğun qrupları dəyişməsi istisna deyil.
Aygün
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO