İdman
“Kopenhagen” klubunun “Qarabağ” komandasına qarşı şikayəti RƏDD EDİLDİ - RƏSMİ
UEFA Danimarkanın “Kopenhagen” futbol klubunun Ağdamın “Qarabağ” komandasına qarşı şikayətinə rədd cavabı verib.
Publika.az Danimarka klubunun saytına istinadla xəbər verir ki, qitənin ali futbol qurumu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 15-də Bakıda keçirilən görüşün 21-ci dəqiqəsində yaşanan epizodla bağlı edilən şikayətlə əlaqədar hər hansı qərarın qəbul olunmasına əsas görməyib.
UEFA-nın bu qərarından sonra “Kopenhagen” klubunun rəhbərliyi apellyasiya şikayəti verməyi planlaşdırır.
Xatırladaq ki, Danimarka klubu oyunda “Kopenhagen”in cərimə meydançasında “Qarabağ”ın kapitanı Maksim Medvedevin qonaqların futbolçusu Pyer Benqstonun başına guya qəsdən zərbə endirməsi iddiası ilə bağlı UEFA-ya şikayət etmişdi.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO