Ronaldo ötən mövsümün ən yaxşısı oldu
Bizi izləyin

İdman

Ronaldo ötən mövsümün ən yaxşısı oldu

32 yaşlı superulduz karyerasında 3-cü dəfə bu mükafatı qazanıb.

Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanıb.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının püşkatma mərasiminin keçirildiyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo keçən il olduğu kimi, yenə bütün rəqiblərini qabaqlayıb.

O, “Barselona”nın futbolçusu Lionel Messi və “Yuventus”un kapitanı Canluici Buffonla mübarizədə üstün olaraq, Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, 32 yaşlı superulduz karyerasında 3-cü dəfə bu mükafatı qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm