“Barselona”dan 105 milyon avroluq FANTASTİK TRANSFER
Bizi izləyin

İdman

“Barselona”dan 105 milyon avroluq FANTASTİK TRANSFER

Satış qiyməti 400 milyon avro olaraq müəyyənləşdirilib.

İspaniyanın “Barselona” futbol klubu fransalı futbolçu Usman Dembeleni transfer edib.

Publika.az xəbər verir ki, Kataloniya komandası “Borussiya”nın (Dortmund) 20 yaşlı hücumçusu ilə avqustun 28-də beşillik müqavilə imzalayacaq.

İspaniya komandası U.Dembelenin transferi üçün Dortmund komandasına 105 milyon avro və əlavə olaraq təxminən 42 milyon avro bonus ödəyəcək.

“Barselona” Fransa millisinin üzvünün satılması məbləğini isə 400 milyon avro olaraq müəyyənləşdirib.

Peşəkar karyerası ərzində Fransanın “Renn” klubunda da oynayan istedadlı futbolçu ötən mövsüm Almaniya klubunun heyətində 49 matçda 10 qol vurub və 20 məhsuldar ötürmə verib.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” braziliyalı hücumçusu Neymarı Fransanın PSJ komandasına 222 milyon avroya satıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm