İdman
Turun mərkəzi qarşılaşmasında “Qarabağ” güldü
Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulub.
Publika.az xəbər verir ki, ötən mövsümün çempionu, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” ilə ötən çempionatın gümüş mükafatçısı “Qəbələ” klubu turun mərkəzi oyununda qarşılaşıblar.
“Azərsun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Baş hakim Fariz Yusifovun idarə etdiyi qarşılaşmada hesabı ikinci hissədə Ağdam komandası açıb. Meydan sahiblərinin heyətində Ansi Aqollinin ötürməsindən sonra Mahir Mədətov 63-cü dəqiqədə topu başla qapıdan keçirib. Bundan altı dəqiqə sonra qəbələlilərin heyətində Stiven Monroz hesabı bərabərləşdirib. “Qarabağ” komandası matçın 73-cü dəqiqəsində Miçelin vurduğu qolla yenidən hesabda önə çıxıb. Oyunda başqa qol olmayıb və üçüncü turun son oyunu 2:1 hesabı ilə “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Bu oyundan sonra “Qarabağ” komandası xallarının sayını doqquza çatdırıb.
Günün ilk oyununda altı xala malik “Zirə” komandası “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib və doqquz xalla turnir cədvəlinin vahid lideri olub.
Xatırladaq ki, avqustun 25-də həftənin açılış oyununda “İnter” evdə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Neftçi” isə paytaxtda “Kəpəz”lə heç-heçə edib - 0:0.
Beləliklə, üçüncü turdan sonra turnir cədvəlində “Zirə” komandası Ağdam klubu ilə birlikdə turnir cədvəlində birinci, ikinci yerləri bölüşür. “Qəbələ” klubu altı xalla üçüncü pillədə qərarlaşıb.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO